Ana səhifə

Proloq layihəsi və saytın işləmə prinsipləri
Kateqoriyalar
İşləmə prinsipi

Saytın daxili bazası iki hissədən ibarətdir: təsdiqlənmiş sözlər və müzakirəyə açıq sözlər. Təsdiqlənmiş sözləri ana səhifədə görə bilərsiniz. Yeni təklif edilən sözlər "Forum"da müzakirələrə açıq olur və müəyyən vaxtdan sonra müzakirə funksiyası bağlanır və təsdiqlənmiş sözlərə əlavə edilir.

Vahid platformanın məqsədi

Sözlərin tərcüməsinin qərarlaşdırılması və təsdiqi üçün vahid platforma vacibdir. Təsdiq olunmuş sözlərin müzakirə tarixçəsini "Forum"dan da izləmək mümkün olacaqdır.

Proqram təminatı

Layihə proqram halında davam etdiriləcəkdir. Bunun üçün istifadəçi aktivliyi və məlumat bazasının dolğunluğu əsadır. Söz bazası müəyyən rəqəmə çatdıqdan sonra dinamik proqram şəklində təqdim ediləcəkdir.

Necə dəstək ola bilərsiniz?

İlk öncə sahənizə, maraq dairənizə və yaxud biliyinizə aid sözlərə fikir və yaxud şərh bildirə bilərsiniz. Yeni sözlər əlavə edə bilərsiniz. Layihədə fərqli məsuliyyətlər öhdənizə götürə bilərsiniz. İstər texniki məsələlərdə, istərsə də idarəetmədə iştirak edə bilərsiniz. Saytın işləmə prinsipini asanlaşdıra biləcək ideyalarınızı və texniki biliklərinizi bölüşə bilərsiniz.

Niyə sosial şəbəkələr yox?

İnsanlar eyni sosial şəbəkələri aktiv şəkildə işlətmir. Sosial şəbəkələr tərcümə saytı kimi işlədilə bilməz. İşlədildiyi halda fərqli paylaşımlara aid olan və olmayan şərhləri tək-tək seçib vahid sistemə gətirmək lazımdır. Bu isə prosesi dəfələrlə qəlizləşdirəcək və iştirakçılar arasında kommunikasiya problemi yaradacaqdır. Bir sosial şəbəkəki şərhləri əsas qəbul etsək digər platformdakı müzakirələrə də aydınlıq gətirilməlidir. Əks arqument olduqda birinci sosial şəbəkədəki istifadəçiləri yenidən məlumatlandırmalıyıq.

Tərcümələrə qərar vermə prosesi

Sözlərin tərcümələrinin qərarlaşdırılmasında bir neçə faktorlar nəzərə alına bilər. Tərcümə təklif edən üzvün sahəsindəki təcrübəsi, sözün aktual akademik ədəbiyyatda işlədilməsi və s. Əgər çoxluq sözü başqa formada işlədirsə bu mütləq nəzərə alınır. Üzvlərdən bir-birlərinə qarşı anlayışlı olmağını gözləyirik.

Menyu