Normal Distribution

Normal Paylanma


İzah: Ehtimal nəzəriyyəsində Normal paylanma (həmçinin Qauss və ya Laplas-Qauss paylanması adlandırılır) kəsilməz ehtimal paylanmalarından biridir və həqiqi ədədli təsadüfi kəmiyyətdir. Normal paylanmanın ehtimal sıxlığı funksiyası (esf) aşağıdakı kimidir:\\~\\ f(x) = \frac{e^{-(x – \mu)^{2}/(2\sigma^{2}) }} {\sigma\sqrt{2\pi}} \\~\\\mu parametri paylanmanın riyazi gözləməsi (həmçinin onun ədədi ortası, medianı və modası); \sigma isə onun orta kvadratik meylidir. Paylanmanın dispersiyası \sigma ^{2}-dır. Belə bir təsadüfi kəmiyyət aşağıdakı formada göstərilir: \\~\\ X \sim \mathcal{N}(\mu,\,\sigma^{2})\,. \\~\\Oxunuşu isə belədir: X təsadüfi kəmiyyəti Normal paylanır, riyazi gözləməsi \mu, dispersiyası \sigma ^{2}-dır.

Normal paylanmanın esf-nin qrafiki zəng formasına bənzədiyi üçün elmi ədəbiyyatda “zəng formalı əyri” kimi də tanınır.

The Normal Distribution - Statology
Etiketlər:
Baxış sayı: 1172
Menyu